25 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda özəl pensiya fondlarının yaradılması nəzərdə tutulur

Hazırda Azərbaycanın pensiya sistemi ilə bağlı ciddi təkmilləşdirmə işləri aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəylinin "vergiler.az"a verdiyi məlumata görə, pensiya qanunvericiliyi ilə bağlı bir sıra layihələr həyata keçiriləcək: "Bu layihələri biz 2020-ci il ərzində həyata keçirməyi nəzərdə tuturuq. Həmin layihələr nəticəsində ölkənin pensiya sisteminin sosial sığorta prinsiplərinə uyğunlaşdırılması təmin ediləcək. Bundan əlavə, hazırda beynəlxalq təşkilatlarla birgə uzunmüddətli pensiya strategiyasında 2050-ci ilə qədər ölkənin pensiya sistemini dünyada qəbul olunmuş standartlara uyğunlaşdırmaq məqsədilə aktiv işlər görülür. Üçsütunlu pensiya sisteminin, yəni ənənəvi pensiya fondu ilə yanaşı, özəl pensiya fondları – məcburi və könüllü özəl pensiya fondlarının təsis edilməsi nəzərdə tutulub. Planımıza əsasən, yaxın 2-3 il ərzində yeni pensiya modellərinin tətbiqini həyata keçirə biləcəyik".

Səbuhi TURAN

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?