1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Kredit almaq istəyən sahibkar şəffaf fəaliyyət göstərməlidir

Kredit almaq istəyən sahibkar şəffaf fəaliyyət göstərməlidir

Hazırda sahibkarlıq subyektlərinin kreditləşməsi ilə bağlı ciddi problemlər var. Banklar daha çox istehlak kreditləri verməyə maraq göstərir.

Beynəlxalq standartlara görə, ümumi kredit portfelinin 20 faizə qədərinin istehlak kreditləri olması normal qəbul edilir. Azərbaycanda isə ümumi kredit portfelinin təxminən yarısını istehlak kreditləri təşkil edir. Xarici ölkələrdəki banklardan fərqli olaraq bizim banklar istehlak kreditləri verməkdə daha çox maraqlıdır. Hazırda bankların vətəndaşlara verdiyi kreditlərin həcmi 13 milyard 800 milyon manatdır. Kredit portfelinin strukturuna baxdıqda istehsal, emal, sənaye və kənd təsərrüfatı üçün ayrılan kreditlərin payının təxminən 1 milyard manat təşkil etdiyi məlum olur. İstehlak kreditlərinin həcmi isə 5 milyard manatdan çoxdur. Real sektora kreditlərin az verilməsinin fərqli səbəbləri var. Əsas amil kimi kommersiya banklarının qısa zamanda daha çox gəlir əldə etməyə çalışması göstərilir.

İqtisadçı Cəfər İbrahimli hesab edir ki, sahibkarlara verilən kreditlərin həcminin az olmasında heç də bütün günah banklarda deyil. Sahibkarlar bizneslərini tam şəffaf idarə etmirlər, ikili mühasibat aparırlar. Bu isə banklara sahibkarların maliyyə vəziyyətini, gəlirlərini tam izləməyə imkan vermir: "Azərbaycanda fəaliyyət göstərən bankların əksəriyyəti gecə-gündüz müştəri axtarır. Tələblərə cavab verən müştəri banka müraciət etdiyi zaman ona kredit ayrılır. Bankın işi budur: kredit verməyib nə iş görəcək?! Banklar kredit vermir yanaşması doğru deyil. Sadəcə, sahibkarlar banklardan kredit ala bilmək üçün maliyyə dayanıqlığını təsdiq etməlidir və kifayət qədər rentabelli layihə təqdim etməlidir. Lakin ikili mühasibat aparan, şəffaf fəaliyyət göstərməyən biznes subyektləri banklar üçün riskli müştəri hesab olunduğundan onlara kredit verilmir".

Bankların təklif etdiyi biznes kreditlərinə marağın az olmasının başqa bir səbəbi kimi isə faizlərin yüksək olması göstərilir. Əksər hallarda sahibkarlar yüksək faizli borc yükünün altına girməkdən çəkinir.

Səbuhi TURAN

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?