15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hüquqi şəxslərin problemli borcları

Azərbaycanda hüquqi şəxslərdən problemli borcların müsadirə olunması proseduru sadələşdirilməli və sürətlənməlidir. Bu barədə "VTB Bank Azərbaycan"ın İdarə heyətinin sədri Yevgeni Kirin bildirib: "Hüquqi şəxslərin problemli kreditləri məsələsinin həllinə dair Prezident İlham Əliyevin fərmanı müsbət nəticələr verir, bunların xeyli azaldığını görürük. Lakin hüquqi şəxslər tərəfindən kreditlərin yubadılması hələ də yüksəkdir. Bu da məsələlərin çoxunun məhkəmələrdə olması ilə bağlıdır. Bəzi hallarda hüquqi şəxslərdən problemli borcların müsadirəsi 3-5 il vaxt aparır. Bu, çox uzun vaxtdır, nəticədə həm bankların, həm də bütövlükdə iqtisadiyyatın fəaliyyəti ləngiyir. Əslində qarşımızda dəyərini, qiymətini getdikcə itirən pullar var".

Bank rəhbəri "Müflisləşmə haqqında" Qanundakı hüquqi şəxslərə dair bölməni ayrıca qanun olaraq ayırmaq təklifini də irəli sürüb: "Hazırkı vəziyyət belədir ki, borclu tərəf şirkətin aktivlərinin qalmadığını, yalnız borclarının olduğunu bəyan edir və bu qərarı kimin verdiyinə dair sual verən yoxdur. Biz kreditorlar üçün də məsələ müəmmalı qalır, bir sıra suallar meydana gəlir, lakin mövcud qanunlar çərçivəsində həmin suallara aydınlıq gətirmək olmur".

Bu məsələnin aradan qaldırılması ilə ölkədə sahibkarlıq mühitinin də xeyli yaxşılaşa biləcəyini dilə gətirən bank rəhbəri dünya reytinqlərində öncül mövqelərdə olan ölkələrin hamısında sözügedən mexanizmin çoxdan qəbul edildiyini bildirib: "Belə bir mexanizm zəruridir, Azərbaycanda da məhkəmə islahatı və sonrakı işlər çərçivəsində bu məsələnin həllini tapacağına inanırıq".

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?