14 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycana gətirilən bəzi növ kağızlar 2 il müddətinə gömrük rüsumundan azad edilib

Azərbaycana gətirilən bəzi növ kağızlar 2 il müddətinə gömrük rüsumundan azad edilib

Azərbaycana idxal edilən ağardılmamış, ağırlığı 1 m²-də 225 q və daha çox olan digər kraft kağızı və kraft karton 2 il müddətinə görük rüsumundan azad edilib. Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.

Qərar dərc edildiyi gündən 30 gün sonra – gələn il yanvarın 19-da qüvvəyə minir.

Qeyd edək ki, kraft kağızı sulfat sellülozdan yüksək davamlı bükülmə kağızdır. Həmin kağız sulfat bişirmə prosesində ağacdan hazırlanır və bu proses kraft prosesi kimi tanınır.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?