19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOB Tədris və Konsaltinq Platformasının yaradılması üzrə işlər görülür

Biznesin tədrisi sahəsində KOB subyektlərinin potensialından da istifadə ediləcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, "Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu"nun təşkilatçılığı ilə "Azərbaycanda biznesin tədrisi: mövcud vəziyyət və inkişaf yolları" konfransı keçirilib.

KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov kiçik və orta biznes subyektlərinin bilik və bacarıqlarının artırılmasının agentliyin fəaliyyətinin başlıca istiqamətlərindən olduğunu qeyd edib, bu sahədə agentlik tərəfindən həyata keçirilmiş tədbirləri və yeni mexanizmləri diqqətə çatdırıb. Bildirilib ki, agentliyə daxil olan çoxsaylı müraciətlərin təhlili də göstərir ki, hazırda KOB-ların biznesin idarə olunması sahəsində bilik və bacarıqlarının artırılmasına ciddi ehtiyac var. KOBİA-nın fəaliyyəti bir çox istiqamətlərdə elm və tədris mərkəzləri ilə qarşılıqlı fəaliyyətə əsaslanır. Agentlik KOB-ların dəstəklənməsinə yönəldilmiş modellər və mexanizmlərin hazırlanmasında biznesin tədrisi sektorunda fəaliyyət göstərən KOB subyektlərinin potensialından da faydalanmaqda maraqlıdır.

Həmçinin agentlik KOB Tədris və Konsaltinq Platformasının yaradılması, qısa müddətdə KOB subyektlərinə ən müasir üsullarla və tədris kontenti ilə təqdim edilməsi üzərində işlər aparır.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?