13 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Cari ildə neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər çoxalıb

Yanvar-noyabr aylarında ölkənin neft-qaz sektoruna 4 milyard 800,5 milyon manat vəsait yönəldilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, 11 ayda neft-qaz sektorunda 27 milyard 905,3 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin bu sektorunda məhsul istehsalı əvvəlki ilin eyni aylarına nisbətən 0,2 faiz azalıb. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 0,2 faiz çoxalıb. Sənaye məhsulunun 70 faizi mədənçıxarma sektorunda istehsal edilib.

Noyabrda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 105,0 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 106,7 faiz olub.

Ötən ayın əvvəlinə iqtisadiyyatın neft-qaz sektorunda 34,9 min nəfər çalışıb. Yanvar-oktyabr aylarında neft-qaz sektorunda nominal əməkhaqqı isə 3060,8 manat təşkil edib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?