24 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda ət, süd, yumurta, yun və barama istehsalında ciddi artım olub

Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında diri çəkidə ət istehsalı 2,8 faiz artaraq 476,6 min ton, süd istehsalı 2,1 faiz artaraq 1 milyon 938,7 min ton, yumurta istehsalı 8,8 faiz artaraq 1 milyard 669,9 milyon ədəd və yun istehsalı 1,5 faiz artaraq 15,9 min ton olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövründə 643,7 ton və ya əvvəlki ilin eyni ayları ilə müqayisədə 25,3 faiz çox barama istehsal edilib.

Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə kənd təsərrüfatı məhsullarının ümumi məhsulu 7,1 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 11,3 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 3,2 faiz artıb.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?