12 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Aksiz vergisi üzrə daxilolmalar 20 faiz artıb

Aksiz vergisi üzrə daxilolmalar 20 faiz artıb

2019-cu ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, həmin müddətdə büdcənin gəlirləri 19 milyard 367,04 milyon manat təşkil edib. Büdcəyə daxilolmaların 21,73 faizi əlavə dəyər vergisi, 11,84 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,58 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 3,85 faizi aksizlər, 3,84 faizi fiziki şəxslərin gəlir vergisi, 1,59 faizi sadələşdirilmiş vergi, 2,16 faizi vergilərin digər növləri, 49,41 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

2019-cu ilin yanvar-oktyabr aylarında aksiz vergisi üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artıb. Bu vergi üzrə 746,11 milyon manat vəsait daxil olub. Göstərilən dövrdə xarici iqtisadi fəaliyyətlə bağlı vergilər isə ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz artıb. Əlavə dəyər vergisi üzrə daxilolmalar isə yanvar-oktyabr aylarında 2018-ci ilin eyni dövrünə nisbətən 17 faiz artaraq 4 milyard 208,37 milyon manata çatıb. Əmlak vergisində isə 12 faizlik artım müşahidə edilib.

VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi?