11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın meyvə-tərəvəz ixracından gəliri 10 faizə yaxın artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 541,926 milyon ABŞ dolları dəyərində 563,169 min ton meyvə-tərəvəz ixrac edib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 46,865 milyon dollar (9,5%) və 13,800 min ton (2,5%) çoxdur. Hesabat dövründə meyvə-tərəvəz ixracı Azərbaycanın ümumi ixracının 3 faizini təşkil edib.

Belə ki, bu ilin 11 ayında Azərbaycan xarici ölkələrə 155,365 min ton tomat ixrac edib. İxrac edilən tomatın ümumi dəyəri 166,685 milyon dollar təşkil edib. Tomat ixracı Azərbaycanın ümumi ixracının 0,9 faizini təşkil edib. Ötən 11 ay ərzində Azərbaycan 20,785 min ton meşə fındığı da ixrac edib. Bu növ məhsulun ixracından əldə edilən gəlir isə 114,76 min dollar olub. Meşə fındığı ixracı ölkəmizin ümumi ixracının 0,6 faizini təşkil edib.

Həmçinin ötən 11 ay ərzində Azərbaycan alma ixracından 35,068 milyon dollar gəlir əldə edib. Azərbaycan almasının ixracının həcmi isə 85,075 min ton olub ki, bu da ümumi ixracda 0,2 faiz pay deməkdir.

Bundan başqa, bu il ərzində Azərbaycan 119,319 min ton xurma ixrac edib. Bu növ məhsulun ixracından ölkəmiz 84,526 milyon dollar vəsait əldə edib. Xurma ixracı ölkənin ümumi ixracında 0,5 faiz paya malik olub.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?