27 İyul 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycana yanvar-noyabr aylarında 40 minə yaxın avtomobil idxal olunub

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 39.988 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 76,1 faiz çoxdur. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, hesabat dövründə ölkəyə 36.061 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri idxal olunub. Bu göstərici son bir ildə 76,5 faiz artıb.

Hesabat dövründə ölkəyə 3.261 ədəd (ötən ilin analoji dövrü ilə müqayisədə 68,3% çox) yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 494 ədəd (artım təxminən 2,1 dəfə) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri və 172 ədəd (artım 53,6%) xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiMəcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsi VergiSadələşdirilmiş verginin ödəyicilərinə vergi güzəşti VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiTorpaqların barteri zamanı tərəflərin ödəyəcəyi vergi məbləğinin hesablanması VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiTəsisçiyə olan borc məbləğlərinin qaytarılması qaydası VergiMal mübadiləsi zamanı vergitutma VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiQeyri-kommersiya təşkilatlarının qeydiyyatı necə aparılır?