27 Sentyabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

On ay ərzində Azərbaycandan 1.572,9 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 1.572,9 mln. ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib. "APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 16,5 faiz, real ifadədə isə 11,3 faiz çoxdur. Qeyri-neft məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,9%), Türkiyəyə (20,6 %), İsveçrəyə (9,4%), Gürcüstana (8,4%), Ukraynaya (2,5%), İtaliyaya (2,3%), Çinə (2,2%), Yunanıstana (2,2%), Niderlanda (1,4%), İrana (1,4%) göndərilmiş malların payı üstünlük təşkil edib.

Qeyd edək ki, 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 190 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 117 ölkəyə məhsul ixrac olunub, 180 ölkədən idxal olunub. Hesabat dövründə ölkənin xarici ticarət dövriyyəsi 27.436,7 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 15.981,4 mln. dollar, idxalın dəyəri 11.455,3 mln. dollar təşkil edib, nəticədə 4.526,1 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Azərbaycanın qeyri-neft ixracının ölkələr üzrə bölgüsü:

#

Ölkələr

İxrac həcmi, mln. ABŞ dolları

Qeyri-neft məshulları üzrə ixrac dəyərində xüsusi çəkisi, %

1

Rusiya

533,21

33,9

2

Türkiyə

324,02

20,6

3

İsveçrə

147,85

9,4

4

Gürcüstan

132,12

8,4

5

Ukrayna

39,32

2,5

6

İtaliya

36,18

2,3

7

Çin

34,60

2,2

8

Yunanıstan

34,60

2,2

9

Niderland

22,02

1,4

10

İran

22,02

1,4

Vergiİctimai iaşə xidməti göstərən müəssisədə ƏDV-nin geri qaytarılması necə aparılır? İqtisadiyyatYenilənmiş 5 qəpiklik metal pul nişanı tədavülə buraxılıb Vergi20 Yanvar şəhidinin ailə üzvlərinin hansı vergi güzəşti mövcuddur? Vergiİdxalı əvəz edən mal istehsalçıları hansı vergilərdən azaddır? MüsahibələrMahmud Ul-Həssan Xan: “Pakistan şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq üçün böyük imkanları var” MÜSAHİBƏ İqtisadiyyatSinqapurun “Trafigura Pte Ltd” şirkəti ilə anlaşma memorandumları imzalanıb VergiXaricdən əldə edilən gəlirlər üzrə kameral vergi yoxlamasının müddəti nə qədərdir? İqtisadiyyatSahibkar Vüqar Məmmədov: “Ölkədə sahibkarlıqla məşğul olmaq üçün hər cür şərait yaradılıb” İqtisadiyyatİqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib VergiHansı hallarda ali təhsil alan tələbələrin valideynlərinə vergi güzəşti tətbiq olunur?