19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan bu il Gürcüstanın ən çox yanacaq idxal etdiyi üçüncü ölkə olub

Bu ilin yanvar-noyabr ayları ərzində Gürcüstan Azərbaycandan 145,7 min ton benzin və dizel yanacağı idxal edib. Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin hesabatında bildirilir ki, Azərbaycandan idxal edilən benzin və dizel yanacağı bu ölkənin hesabat dövründəki ümumi idxalının 14,7 faizini təşkil edib.

Yanvar-noyabr ayları ərzində Gürcüstan ən çox Rusiyadan yanacaq idxal edib – 297,6 min ton. Bu, ölkənin ümumi idxalının 30 faizinə bərabər olub. Azərbaycan Gürcüstanın ən çox yanacaq idxal etdiyi üçüncü ölkə olub.

Hesabat dövründə Gürcüstan Rumıniyadan 276,6 min ton (27,9%), Türkmənistandan 111,1 min ton (11,2%), Bolqarıstandan 85,5 min ton (8,6%), Yunanıstandan 55,3 min ton (5,6%), Türkiyədən isə 19,3 min ton (1,9%) benzin və dizel yanacağı idxal edib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?