2 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanla Həştərxan vilayəti arasında əməkdaşlığın inkişafına dair tədbirlər proqramı imzalanıb

Azərbaycanla Həştərxan vilayəti hökumətləri arasında 2020-ci il üçün əməkdaşlığın inkişafı üzrə tədbirlər proqramı imzalanıb. Sənədi Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin imzalayıblar. Sənəd sənaye, kənd təsərrüfatı, qarşılıqlı investisiya qoyuluşu, kiçik və orta sahibkarlıq, mədəniyyət, turizm, gənclər siyasəti, idman və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün növbəti ildə həyata keçiriləcək tədbirləri ehtiva edir.

İmzalanma mərasimindən öncə tərəflər arasında keçirilən görüşdə əməkdaşlığın genişləndirilməsi istiqamətlərini müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb. Görüşdə Rusiya Federasiyası ilə əlaqələrin strateji müstəvidə dinamik inkişaf etdiyi, dövlət başçılarının ikitərəfli əlaqələrin inkişafına böyük önəm verdiyi vurğulanıb.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ