16 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında "ASAN Viza"nın tətbiqinə başlanılıb

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında "ASAN Viza"nın tətbiqinə başlanılıb

Azərbaycan və Türkmənistan ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımaların Türkmənistan vətəndaşı olan iştirakçıları üçün "ASAN Viza" vasitəsilə viza verilməsinə başlanılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən APA-ya bildirilib ki, sözügedən fəaliyyətin təmin edilməsi üçün Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında viza rejiminin sadələşdirilməsi haqqında 22 noyabr 2018-ci il tarixində Aşqabad şəhərində imzalanmış Saziş Azərbaycan Respublikasının Milli Məclisinin 12 fevral 2019-cu il tarixli qərarı ilə təsdiq edilib.

Hər iki dövlətin ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımaların Türkmənistan vətəndaşı olan iştirakçıları Ələt qəsəbəsində yerləşən, regionun əsas nəqliyyat və logistika qovşağı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanında "ASAN Viza" sistemi vasitəsilə elektron viza əldə edə bilirlər.

2018-ci ildə rekord sayda, 47000 sərnişin Bakı Limanı vasitəsi ilə ölkə ərazisinə daxil olub ki, onların əksəriyyəti Türkmənistan vətəndaşıdır.

"ASAN Viza" sistemi vasitəsilə indiyədək 1.842.000-dən çox viza verilib. Bu vizaların 34 faizi Azərbaycanın beynəlxalq hava limanlarında 15 ölkə vətəndaşı üçün müvafiq sistemlə əldə olunmuş vizaların payına düşür.

2019-cu ilin ilk 11 ayına nəzər saldıqda, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il 39 faiz daha çox, yəni 869.905 viza verilib. "ASAN Viza" ilə Azərbaycana səfər edən bu əcnəbilərin 82 faizi səfər məqsədini turizm olaraq qeyd edib.

Azərbaycana elektron viza üçün ən çox müraciət edənlər Birləşmiş Krallıq, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt, Hindistan, Pakistan, Çin, İran, Türkmənistan vətəndaşlarıdırlar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 iyun 2016-cı il tarixli Fərmanı əsasında yaradılan "ASAN Viza" sisteminin idarə olunması Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən həyata keçirilir.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?