14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Cari ildə pərakəndə ticarət şəbəkəsində 34,4 milyard manatlıq məhsul satılıb

Yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 3,5 faiz üstələyərək 34,4 milyard manata bərabər olub. Dövlət Statistika Komitəsindən bildirilib ki, ticarət dövriyyəsinin 17,4 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri ötən ilin yanvar-noyabr aylarına nisbətən real ifadədə müvafiq olaraq 3,1 faiz və 3,9 faiz artıb.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 18,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Yanvar-noyabr aylarında istehlak məhsullarının dəyər ifadəsində 21,2 faizi ticarət müəssisələri, 50,5 faizi fərdi sahibkarlar tərəfindən, 28,3 faizi isə bazar və yarmarkalarda satılıb. Keçən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 29,8 faiz, fərdi sahibkarlar üzrə 2 faiz artıb, bazar və yarmarkalarda isə 8 faiz azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 316 manat və ya ötən ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 15,6 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 159,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 156,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?