12 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Mərkəzi Bank uçot dərəcəsini endirdi

Mərkəzi Bank uçot dərəcəsini endirdi

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 13-də uçot dərəcəsinin 7,75 faizdən 7,5 faizə endirilməsi barədə qərar qəbul edib. Mərkəzi Bankdan verilən məlumata görə, faiz dəhlizinin aşağı həddi 5,75 faiz, yuxarı həddi isə 9,25 faiz səviyyəsində müəyyən edilib. İdarə Heyətinin pul siyasətinə həsr olunan son iclasından keçən dövrdə istehlak qiymətlərinin dinamikasında nəzərəçarpacaq dəyişiklik müşahidə edilməyib. Rəsmi statistikaya görə, noyabrda illik inflyasiya 2,6 faiz olub. Bu da hədəf diapazonunun aşağı həddinə daha yaxındır.

Bütövlükdə, 12 ayda istehlak səbətinə daxil olan məhsulların 8,8 faizinin qiyməti dəyişməyib, 15,4 faizinin qiyməti aşağı düşüb. Bahalaşan məhsul və xidmətlərin 46,4 faizinin qiymət artımı 2 faizdən aşağı olub.

İstehlak səbətində əhəmiyyətli çəkiyə malik ərzaq məhsulları üzrə qiymət indeksi noyabrda illik əsasda 4,8 faiz artıb. Dünya ərzaq qiymətlərində artım meyillərinin güclənməsi inflyasiya idxalı kanalı ilə daxili ərzaq inflyasiyasına təsir göstərən əsas amillərdən biridir. Dünya ərzaq qiymətləri noyabrda əvvəlki aya nəzərən 2,7 faiz, ötən ilin eyni dövrünə nəzərən isə 9,5 faiz yüksəlib. Digər tərəfdən mövsümü amillər bəzi yerli kənd təsərrüfatı mallarının qiymətlərinə artırıcı təsir edir.

Qeyri-ərzaq məhsulları və xidmətlər üzrə illik bahalaşma templərinin (müvafiq olaraq 1% və 0.9%) azalması ümumi inflyasiyaya məhdudlaşdırıcı təsir göstərir.

Bu qərar bu gündən qüvvəyə minir. Mərkəzi Bankın rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə yanvarın 31-də baxacaq.

VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi?