25 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qadın sahibkarların iqtisadi fəallığını artırmaq üçün sistemli tədbirlər həyata keçirilir

"Azərbaycanda qadınların iqtisadi fəallığını artırmaq üçün dövlət tərəfindən sistemli tədbirlər həyata keçirilir". Bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən "Scale Up" - qadın sahibkarlar üçün akselerator proqramının təqdimatında deyib. Onun sözlərinə görə, ölkədə sahibkarlığın, xüsusilə də qadın sahibkarların inkişafına ciddi dəstək verilir: "Bu gün dövlət bütün iqtisadi imkanlarını bunun üçün istifadə edir".

"Scale Up" proqramı barədə danışan nazir müavini deyib ki, bu proqram qadınların bilik və bacarıqlarını artırmaqda mühüm rol oynayacaq: "Bilik olmadan nəyəsə nail olmaq mümkün deyil. Hər şeyin başlanğıcı bilikdir".

N. Səfərov ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradıldığını xatırladıb və bildirib ki, bu agentlik ölkədə sahibkarlığın inkişafı ilə bağlı çox ciddi işlər görüb: "KOBİA sahibkarlığın inkişafı ilə bağlı qanunvericilik bazasının hazırlanmasında, mövcud qanunların daha mütərəqqi səviyyəyə çatdırılmasında böyük işlər görür".

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?