6 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə müavinət ödənilirmi?

"Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında" Əsasnamənin 28-ci bəndində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin əmək qabiliyyətinin itirilməsi halında müavinət ödənilib-ödənilməməsi məsələsinə də aydınlıq gətirilib. Həmin bənddə qeyd edilir ki, sosial sığorta qanunvericiliyi ilə məcburi dövlət sosial sığorta haqqını fərqli qaydada (ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqına, gəlirlərinə (əməkhaqqı istisna olmaqla) və ya qonorara nisbətdə) ödəyən və iş vaxtının uçota alınması mümkün olmayan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanarkən qazanc kimi qanunvericiliklə müəyyən edilmiş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri (minimum aylıq əmək haqqı, qonorar və s.) əsas götürülür. İqtisadçı ekspert Anar Bayramov mövzunu misalla izah edir.

Misal. Xidmət sahəsində fəaliyyət göstərən və 15 il staji olan fərdi sahibkar 15 oktyabr 2019-cu il tarixdə əmək qabiliyyətini 6 günlük itirib. Bu zaman əvvəlki 12 ayın qazancı olaraq minimum əməkhaqqı əsas götürüləcək. 2018-ci ilin oktyabr ayından 2019-cu ilin mart ayına kimi minimum əməkhaqqı 130 manat, 2019-cu ilin martından sentyabr ayına kimi 180 manat, sentyabr ayında isə 250 manat olub. Fizikin şəxsin əvvəlki 12 ayı üzrə gəliri - 650 manat (130 manat x 5 ay) + 1080 manat (180 manat x 6 ay) + 250 manat = 1980 manat olub.

Deməli, fiziki şəxsin əvvəlki 12 aylıq qazancı 1980 manat qəbul ediləcək. 2018-ci ilin oktyabr ayı ilə 2019-cu ilin sentyabrına qədər 243 gün iş günü var. O zaman fiziki şəxsə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət məbləği aşağıdakı kimi hesablanacaq:

Müavinətin məbləği = (((Əvvəlki 12 ayın qazancı) / (Əvvəlki 12 ayda iş günlərin sayı) x müavinət dövründəki iş günlərin sayı) x (Staj və kateqoriyaya görə faiz);

Müavinətin məbləği = (((1980 manat) / (243 gün) x 4 gün) x (100 faiz) = 32,59 manat.

Fəxriyyə İKRAMQIZI

VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır? VergiTəsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir? VergiUşaqlı ailələrə verilən vergi güzəşti işləyən hər iki valideynə tətbiq olunurmu? VergiSəhm satışından əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi borcunu haradan və necə öyrənə bilər? Vergi“Fərqlənmə nişanı” alan vergi ödəyicisinin digər xidmətlərdən əldə etdiyi gəlirlərin uçotu necə aparılır? VergiGecikmiş ödəmələrə görə vergilər hansı qaydada hesablanacaq? VergiKənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı hansı vergi güzəştləri mövcuddur?