11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 13,9 faiz artıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən yanvar-noyabr aylarında 42,2 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 13,9 faiz artıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövründə sənaye məhsulunun 25,1 faizi emal sektorunda istehsal olunub. Emal sektorunda hazır metal məmulatlarının istehsalı 82,4 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 80,6 faiz, tütün məmulatlarının istehsalı 55,7 faiz, içkilərin istehsalı 40 faiz, poliqrafiya məhsullarının istehsalı 39,9 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 37,7 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 36,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 30,9 faiz, mebel istehsalı 29,5 faiz, əczaçılıq məhsullarının istehsalı 24,7 faiz, kağız və karton istehsalı 23,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 17,1 faiz, geyim istehsalı 11,5 faiz, qida məhsullarının istehsalı 10,4 faiz, maşın və avadanlıqların istehsalı 5,2 faiz, tikinti materiallarının istehsalı 4,4 faiz, elektrik avadanlıqlarının istehsalı 1,3 faiz artıb.

Dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 1,3 faiz, neft məhsullarının istehsalı 3,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 10 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 24,3 faiz azalıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?