5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Cənub Qaz Dəhlizi Türkiyə və Avropanın enerji asılılığını azaldacaq

Cənub Qaz Dəhlizi boru xəttinin keçdiyi ölkələrlə yanaşı, bütün region üçün çox böyük əhəmiyyət kəsb edir. Oksford Enerji Araşdırmaları İnstitutunun (OIES) tədqiqatçısı Gülmira Rzayeva bildirib ki, Rusiyadan asılılığı azaltmaq siyasəti yürüdən Türkiyə və Avropa ölkələri öz qaz mənbələrini şaxələndirmək niyyətindədir. Cənub Qaz Dəhlizi həm Türkiyə, həm də Avropa ölkələrinin məhz bu məqsədlərini yerinə yetirir: "Qaza tələbatı sürətlə artmadığı üçün Türkiyə qaza olan ehtiyacının böyük hissəsinin Azərbaycandan qarşılanmasını istəyir. Kommersiya şərtləri və qiymət baxımından da Azərbaycan qazı Türkiyə üçün daha əlverişlidir. Ona görə də həm Türkiyənin qaz təhlükəsizliyinin təmin edilməsində, həm də iqtisadi inkişafında TANAP böyük rol oynayacaq".

Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə hər il Türkiyəyə 6 milyard, Avropaya 10 milyard kubmetr qaz nəqli planlaşdırılır. Avropaya ixrac olunan qaz 3 ölkəyə - İtaliyaya (illik 8 milyard kubmetr), Yunanıstana (illik 1 milyard kubmetr), Bolqarıstana (illik 1 milyard kubmetr) satılacaq. Gülmira Rzayevanın sözlərinə görə, Cənub Qaz Dəhlizi bu ölkələr üçün də böyük önəmə malikdir. Çünki bu ölkələr məhz Azərbaycan qazı sayəsində mənbələrini şaxələndirmək imkanı əldə edirlər. Məsələn, Bolqarıstan qaza olan tələbatının 100 faizini Rusiyadan ödəyir. TANAP-ın istifadəyə verilməsi ilə bu ölkələr Rusiyadan asılılığı azaltmaqla yanaşı, Azərbaycan kimi etibarlı tərəfdaşla imzaladıqları sazişlərlə əlverişli şərtlər də əldə edirlər.

Səbuhi TURAN

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması