12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

24 dövlət əmlakı özəlləşdirilib

Bugünkü hərracda 24 dövlət əmlakı özəlləşdirilib. Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) bildirilib ki, dövlət əmlaklarının özəlləşdirilməsi üzrə keçirilən hərraclarda yaradılan əlçatan mühit hər kəsin iştirakına şərait yaradır. Hərraca qoşulmaq istəyən şəxslərin elektron formada sifariş vermək və prosesdə onlayn iştirak imkanları rahatlıq və məmnunluğa yönəlib. Hərraca marağı olan şəxslər də özəlləşdirməni həm məkana gəlməklə, həm də onlayn formada izləyə bilir. Onlayn formada özəlləşdirmə hərracında iştirak üçün Elektron Xidmətlər Potalından ("e-emdk.gov.az") "Elektron hərrac" bölməsini seçmək kifayətdir.

Dekabrın 10-u dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib. İştirakçıların fəallığı budəfəki hərracda rəqabətli mühiti təmin edib. Belə ki, 24 dövlət əmlakı üzrə ümumilikdə 132 sifariş qeydə alınıb, sifarişlərdən 28-i elektron formada verilib.

Özəlləşdirilən kiçik dövlət müəssisələrindən biri Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki əmlak kompleksidir. Ümumi sahəsi 46,4 kvadratmetr olan dövlət əmlakının birlikdə özəlləşdirildiyi torpaq sahəsi 440 kvadratmetrdir.

Budəfəki hərracda bütün nəqliyyat vasitələri rəqabət yaradıb. Buraxılış tarixləri 2008-ci il olan "VAZ" markalı avtomobillərdən birinin ilkin qiyməti 3 min 600 manat olsa da hərrac iştirakçıları arasında rəqabət nəticəsində nəqliyyat vasitəsi 6 min 100 manata özəlləşdirilib.

Hərraclara çıxarılan dövlət əmlakları ilə tanış olmaq və sifarişçi statusu qazanmaq istəyən şəxslər rəsmi sayta (“emdk.gov.az”) və ya Özəlləşdirmə portalına ("privatization.az") daxil ola bilər.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?