19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Startap layihələrinə 50 min manatadək güzəştli kreditlərin verilməsi mexanizmi mövcuddur

Son bir il ərzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 200-dən artıq gənc sahibkardan müraciətlər daxil olub. Bunu Bakıda keçirilən Birinci Gənc Sahibkarlar Forumunda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib. Onun sözlərinə görə, onlardan 60 faizi hüquqi yardım və məsləhət xidmətlərinin göstərilməsi, 30 faizi maliyyə resurslarına çıxış, 10 faizi isə hüquqların müdafiəsi ilə bağlı olub. Müraciətlərin 30 faizi biznesə başlamaq, 70 faizi isə biznesin inkişaf etdirilməsi məsələlərini əhatə edib: "Sahələrə gəldikdə isə, bu, maliyyə-kredit, kənd təsərrüfatı, ticarət, xidmət və informasiya texnologiyaları sahələri olub".

Gənclər üçün maliyyə resurslarına əlçatanlığın artırılmasına toxunan KOBİA-nın sədri əlavə edib ki, Agentlik bu istiqamətdə dəstək verməyə hazırdır: "İlk növbədə startapların maliyyələşdirilməsinə maraq var və bu marağı artırmaq üçün banklar və investorlarla fərdi qaydada işlərin aparılmasına zərurət yaranıb. Gənclərin təqdim etdiyi innovativ layihələrin (startap) maliyyələşdirilməsi üçün Gənclər Fondunun vəsaiti hesabına banklar vasitəsilə 50 min manatadək güzəştli kreditlərin verilməsi mexanizmi mövcuddur. Hesab edirik ki, bu prosesə KOBİA tərəfindən də dəstək göstərilə bilər və bu istiqamətdə Gənclər Fondu ilə əməkdaşlıq etməyə hazırıq".

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?