20 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlətin maliyyə dəstəyi ilə icra olunan sosial xidmət layihələrində 1.600-ə yaxın şəxs çalışır

Prezident İlham Əliyevin 2019-cu il iyunun 1-də imzaladığı Sərəncam xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişləri və maliyyə dəstəyi ilə icra olunan sosial xidmət layihələrinin miqyasının əhəmiyyətli dərəcədə genişlənməsini təmin edib. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, həmin layihələr üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər şəxslər üçün sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artıb. Hazırda 200-ə yaxın mərkəz tərəfindən günərzi qayğı, reabilitasiya, psixoloji yardım, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım, surdoloji, sağlamlıq imkanları məhdud uşaqlara davranış üzrə valideynlərə dəstək və s. istiqamətlərdə 10 minədək şəxsə xidmətlər göstərilir.

Eyni zamanda, nazirliyin sifarişi və maliyyə dəstəyi ilə QHT-lər tərəfindən icra olunan sosial xidmət layihələri ölkədə yeni iş yerlərinin açılmasına, məşğulluğunun təminatı işlərinə də öz töhfəsini verib. Belə ki, hazırda həmin layihələrin icrası işlərində hər biri ilə əmək müqaviləsi bağlanılmaqla 1.586 nəfər çalışır.

Onların sırasına layihə menecerləri, sosial işçilər, psixoloqlar, uşaq inkişafı mütəxəssisləri, tərbiyəçilər, pedaqoqlar, loqopedlər, ailəyə dəstək terapevtləri, müxtəlif dərnəklərin rəhbərləri, nevropotoloq, fizioterapevt, mühasib, aşpaz, xadimələr və digərləri daxildir.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?