14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda TRASEKA-nın 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Dekabrın 6-da Bakıda "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş"in imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Əvvəlcə yubiley konfransının iştirakçıları Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar.

TRASEKA-ya 13 üzv və 2 müşahidəçi ölkənin, beynəlxalq təşkilatların 70-dək nümayəndəsinin iştirak etdiyi konfrans Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tədbir iştirakçılarına təbrik məktubunun oxunması ilə işə başlayıb. Məktubu Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov oxuyub. Sonra TRASEKA layihəsindən bəhs edən sənədli film nümayiş etdirilib.

Konfransda çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, Avropa İttifaqının Qərb ilə Qafqaz və Mərkəzi Asiya ölkələrini yeni nəqliyyat dəhlizində birləşdirmək ideyası 1998-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən konfransda konkret hədəfləri, iştirakçıları və fəaliyyət prinsipləri olan təşkilata çevrilməsi ilə nəticələnib. Azərbaycanda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və inkişafı istiqamətində görülmüş işlər barədə məlumat verən İqtisadiyyat naziri qeyd edib ki, ölkəmizin strateji baxımdan mühüm geosiyasi mövqedə, beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, nəqliyyat sahəsinə böyük həcmli investisiyaların yatırılması ölkəmizdə irimiqyaslı nəqliyyat-infrastruktur layihələrinin həyata keçirilməsinə imkan yaradıb. Belə ki, avtomobil və dəmir yolu xətlərinin beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası, Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində tədbirlərin həyata keçirilməsi Azərbaycanın nəqliyyat potensialını daha da gücləndirib. “Transxəzər” Beynəlxalq nəqliyyat marşrutu, Lapis-Lazuli, Qara Dəniz-Xəzər Dənizi marşrutları TRASEKA ölkələrinin tranzit regionu kimi rəqabət qabiliyyətini artırır. Şərq-Qərb istiqamətində reallaşdırılan Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi vasitəsilə TRASEKA dəhlizinin enerji komponenti təmin edilib. TRASEKA çərçivəsində əməkdaşlığın əhəmiyyətini qeyd edən Mikayıl Cabbarov üzv ölkələrin nəqliyyat potensialının reallaşdırılmasının regionun tranzit cəlbediciliyini daha da artıracağını vurğulayıb.

Konfransda TRASEKA-ya üzv ölkələrin nümayəndə heyətlərinin rəhbərləri yubiley tədbirinin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlıqlarını ifadə edərək, regionda iri infrastruktur layihələrinin reallaşdırıldığını diqqətə çatdırıb, Böyük İpək Yolunun bərpası və gücləndirilməsinin üzv ölkələr arasında iqtisadi-ticarət və mədəni əlaqələrin intensivləşməsinə şərait yaratdığını qeyd ediblər.

TRASEKA-nın Baş katibi Mirça Çiopraqa konfransın beynəlxalq iqtisadi əməkdaşlığın genişlənməsi, regionda tərəqqinin möhkəmlənməsi, milli və regional nəqliyyat strukturlarının inkişafı, qabaqcıl təcrübənin öyrənilməsi baxımından önəmini vurğulayıb, dəhlizin inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr barədə məlumat verib.

"Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş"in imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfransın sonunda Bakı Bəyannaməsi qəbul edilib.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?