6 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakı Limanı Avropadan Çinə və əks istiqamətdə yüklərin daşınması üçün mühüm üstünlüklərə malikdir

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş direktoru Taleh Ziyadov Çinin Qinqdao limanında görüşlər keçirib. Bakı Limanından "APA-Economics"ə verilən məlumata görə, Qinqdao limanının sədri və Şandon Liman Qrupunun Kommunist Partiyasının sədr müavini Li Fenqli ilə görüşdə qeyd olunmuşdur ki, adı çəkilən liman Orta Dəhlizlə (Middle Corridor) daşınan yükün həcminin artmasında maraqlıdır və Bakı Limanının regionda oynadığı mühüm roldan xəbərdardır. Bundan başqa, görüş zamanı Bakı Limanı həm Avropadan Çinə və həm də, əks istiqamətdə yüklərin daşınması üçün mühüm texnoloji və coğrafi üstünlüklərə malikdir olduğu bildirilib.

Çinin qərb sahilində, Sakit okeana strateji çıxış ərazisində yerləşən Qinqdao şəhəri Çinin Avrasiya məkanı ilə körpü yolunu oynayır və 21-ci əsr İpək Yolunun qovşaqlarından biridir. Eyni adlı liman Sian şəhəri ilə sıx ticarət əlaqələrinə malikdir. Məhz bu şəhərdən bir çox yük Orta Dəhliz ilə Azərbaycandan keçməklə Avropa bazarlarına çıxır. Eyni zamanda, yaxın gələcəkdə Yaponiya və Cənubi Koreyadan Orta Dəhliz ilə yüklərin daşınması həyata keçiriləcək.

Xatırladaq ki, Qinqdao limanı dünyanın 8-ci, Çinin isə 2-ci ən böyük limanıdır. Eyni zamanda, adı çəkilən liman Asiyanın ilk tam avtomatlaşdırılmış limanıdır ki, burada yükboşaltma ərazisində insan resursundan istifadə olunmur və əməliyyatların hamısı vahid idarəetmə mərkəzindən aparılır. Nəticədə avtomatlaşdırılmış kranla bir saat ərzində 30 konteyner boşaltmaq üzrə rekord nəticə əldə edilib və bu il konteyner terminalı 20 milyon TEU konteyner aşırılıb. Özündə 4 liman kompleksini birləşdirən Qinqdao, əsasən konteyner, metal filizi, kömür və xam neft aşırılması ilə məşğul olur.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?