19 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rusiyaya səfər edən turistlərin reytinqində Azərbaycan 4-cü yerdədir

Rusiyanın "TurStat" analitik agentliyi 2019-cu ilin ilk 9 ayının nəticələri əsasında Rusiyaya gələn turistlərin ölkə mənsubiyyətləri üzrə reytinqini tərtib edib. Azərbaycan göstərilən dövrdə Rusiyaya 684 min turist səfəri ilə reytinqdə 4-cü yeri tutub. Səfərlərin sayında artım qeydə alınıb. Artım ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz və ya 19 min nəfər təşkil edib.

Hesabat dövründə Rusiyaya gedən xarici vətəndaşların ümumi sayı 19 milyon 64 min təşkil edib ki, bu da keçən illə müqayisədə cüzi azalma deməkdir: 2018-ci ilin ilk 9 ayında Rusiyaya 19 milyon 245 min nəfər səfər etmişdi.

Reytinqdə 1-ci yeri 5 milyon 944 min səyahətlə (ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz və ya 429 min səfər azdır) Ukrayna tutub. TOP-5-də həmçinin Qazaxıstan (2 milyondan çox səfər), Çin (1,594 milyon səfər) və Finlandiya (681 min səfər) qərarlaşıb.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?