12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fermerlərin alacağı subsidiyanın miqdarı bəyan etdikləri əkin növündən asılıdır

Subsidiyaların elektron hökumət üzərindən verilməsinə hazırlıq işləri başa çatmaq üzrədir. Artıq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermerlər payızlıq əkinləri bəyan etməyə başlayıblar. Bu, aqrar xidmətlərin elektronlaşdırılması prosesində son dərəcə mühüm bir mərhələdir. Fermerlərin gələn il alacağı subsidiyanın miqdarı bəyan edilən əkin növündən asılı olacaq. Bu fikirləri Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Saatlıda rayon ictimaiyyətinin nümayəndələri və fermerlərlə görüşdə deyib.

Nazir müavini bildirib ki, Aqrar Subsidiya Şurası əkin, məhsul və toxum subsidiyası üzrə əmsalları artıq açıqlayıb: "Əmsallar bitki növlərinə görə fərqlənir, buna görə də fermerin nə əkdiyini EKTİS-də bəyan etməsi vacib sayılır. Fermerlər artıq subsidiya almaq üçün sənəd toplamalı olmayacaqlar, subsidiya almaq üçün EKTİS üzərindən elektron müraciət edəcəklər. Bu, subsidiyaların verilməsində vaxt itkisini aradan qaldırmış olur. Yeni sistemin üstünlüyü ondadır ki, fermerlər EKTİS-də bir dəfə qeydiyyatdan keçir, hər il qeydiyyatdan keçməyə ehtiyac qalmır. Onlar hər il yalnız birillik, yaxud çoxillik əkmələri bəyan etməklə subsidiya almaq hüququndan yararlanacaqlar".

İlham Quliyev payızlıq əkinlərin bəyan edilməsi prosesinin davam etdiyini deyib: "Artıq 115 mindən çox fermer payızlıq əkinlərini bəyan edib. Bu rəqəm hər gün artır. Biz rayonlarda silsilə görüşlər keçirik, fermerlər EKTİS-lə bağlı təlimlərə cəlb olunur, səyyar qruplarımız kəndlərə ezam olunaraq, fermerlərə yeni subsidiya mexanizminin tətbiqi ilə bağlı informasiya-məsləhət xidməti göstərirlər. Hesab edirik ki, payızlıq əkinlərin bəyan edilməsi prosesi optimal müddətdə başa çatacaq".

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?