5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Parisdə keçirilən vergitutma sahəsində şəffaflığa dair iclasda təmsil olunub

Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) mənzil-qərargahında "Vergitutma sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum"un 10-cu ildönümünə həsr edilmiş iclas keçirilib. Tədbirdə ölkəmizi Vergilər Nazirliyinin Beynəlxalq Vergitutma və Vergi Monitorinqi Baş İdarəsinin rəisi Zaur Fətizadə və idarənin Maliyyə institutlarında vergi monitorinqi şöbəsinin rəisi Səfərəli Cavadov təmsil ediblər. AZƏRTAC xəbər verir ki, ötən dövr ərzində vergidən yayınmaya qarşı mübarizə və bu sahədə çoxtərəfli əməkdaşlıq məsələlərinin müzakirəsinə həsr olunmuş tədbir zamanı bu sahədə həyata keçirilmiş dəyişikliklər, əldə olunmuş nəticələr və gələcək perspektivlər ətrafında fikir mübadiləsi olub. Eyni zamanda, son dövrlərdə beynəlxalq vergitutma sahəsində xüsusi əhəmiyyət kəsb edən məsələlərdən olan vergi orqanları arasında məlumat mübadiləsinin genişləndirilməsi və bu sahədə formalaşmış beynəlxalq standartların tətbiqinin təmin olunmasına dair müzakirələr aparılıb.

Müxtəlif ölkələrdən 60-dan çox yüksək səviyyəli nümayəndə və 500-dən çox mütəxəssis vergi sahəsində baş verən proseslər, dəyişikliklər və perspektivlər barədə fikir mübadiləsi aparıblar. İclasda "Böyük iyirmilik" (G20) ölkələrinin sammitində qəbul edilmiş qərarların OECD tərəfindən icrası nəticəsində əldə olunmuş nəticələr, eləcə də gələcək illər üçün ofşor zonalara nəzarət və vergidən yayınmaya qarşı mübarizə sahəsində beynəlxalq ictimaiyyəti dəstəkləməyin davam etdirilməsi üzrə məsələlər gündəmə gətirilib.

Ötən 10 il ərzində vergi sahəsində qlobal proseslər, məlumatların əldə edilməsi ilə bağlı mövcud maneələrin aradan qaldırılması, ölkələrin vergi nəzarəti ilə bağlı beynəlxalq alətlərdən istifadəsinə dair məruzələr dinlənilib. Ölkələrdə şəffaflıq səviyyəsinin artırılmasının təsirləri və vergi məlumatlarının mübadiləsinin müxtəlif səviyyələrdə müşahidəsi iclasın əsas müzakirə mövzularından olub. İclas zamanı foruma üzv ölkələrdən olan nümayəndələr ofşor zonalara nəzarət sahəsində tətbiq etdikləri metodlar, qarşılaşdıqları problemlər və vergidən yayınma sahəsində əldə etdikləri nailiyyətlər barədə təcrübələrini bölüşüblər. Qlobal Forumun 12-ci plenar iclasında əsas müzakirə mövzularından biri də forumun 2020-ci ildə yekunlaşacaq mandatının yenilənməsi olub.

Qeyd edək ki, 158 yurisdiksiyadan ibarət üzvü olan "Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum" hazırda vergitutma ilə bağlı məsələlərdə ixtisaslaşmış ən böyük tədbir olmaqla yanaşı, burada hazırlanmış standartlar ölkələrin vergi məsələlərində şəffaflığın ən mötəbər göstəricilərindən hesab edilir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?