11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kənd təsərrüfatı sahəsinə birbaşa dövlət dəstəyinin yeni mərhələsinə start verilib

"Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə kənd təsərrüfatı sahəsinə birbaşa dövlət dəstəyinin yeni mərhələsinə start verilib. Bu fikri Azərbaycanın Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) kənd təsərrüfatı üzrə yüksəksəviyyəli ekspertlərinin dekabrın 3-də Bakıda keçirilən V iclasında deyib.

Nazir müavini bildirib ki, son illər Prezident İlham Əliyev tərəfindən Azərbaycanda qeyri-neft sektoruna göstərilən yüksək diqqətin nəticəsi kimi, aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub. Artıq aqrar sektorda yeni iqtisadi münasibətlər yaranıb, bu sahənin idarəetmə strukturunun dövrün tələblərinə uyğun olaraq formalaşdırılması, dövlət dəstəyi siyasətinin təkmilləşdirilməsi, istehsal edilən məhsulların rəqabətə davamlılığının artırılması ilə bağlı stimullaşdırıcı tədbirlərin görülməsi bu sahənin son dövrlərdə inkişafına təkan verən amillərdən olub. Məhz bunun nəticəsidir ki, Azərbaycanda həyata keçirilən genişmiqyaslı aqrar islahatlar nəticəsində kənd təsərrüfatında artım tempi dayanıqlı xarakter alıb, dinamik inkişaf trendi cari ildə də davam edib. 2019-cu ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında 7,1 faiz artım müşahidə olunub və aqrar sektorun ÜDM-də payı 6,2 faizə çatıb.

Aqrar sahədə inkişafın ölkədə kənd təsərrüfatı məhsullarının ixracına da əhəmiyyətli təsir göstərdiyini diqqətə çatdırılıb: "2007-ci ildən başlayaraq, kənd təsərrüfatı məhsulları istehsalı dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır. Kənd təsərrüfatı istehsalçıları torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad edilib. 2001-ci ildən 5 il müddətinə tətbiq edilən və indiyədək 4 dəfə müddəti uzadılan bu güzəştlər 2024-cü ilədək qüvvədə olacaq. Eyni zamanda, bir sıra kənd təsərrüfatı təyinatlı istehsal vasitələri, kənd təsərrüfatı və emalı texnikası və avadanlıqları, o cümlədən heyvanlar, bitkilər və s. qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal gömrük rüsumlarından azad olunub. Bundan əlavə, kənd təsərrüfatında elektron kənd təsərrüfatı sisteminin qurulması və aqrar sığorta ilə bağlı hazırda geniş tədbirlər reallaşdırlır".

Nazir müavini bildirib ki, bu gün Azərbaycanın regionlarında beynəlxalq standartlara cavab verən müasir təsərrüfatların (aqro-parklar) yaradılması və ən son aqrar texnologiyaların transferi istiqamətində ciddi addımlar atılır.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?