15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

TANAP-ın reallaşması ölkəmizin makroiqtisadi göstəricilərində aktiv şəkildə öz əksini tapacaq

"Trans-Anadolu təbii qaz kəməri (TANAP) layihəsinin reallaşması ölkəmizin makroiqtisadi göstəricilərində aktiv şəkildə öz əksini tapacaq". Bu sözləri Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Rus-iqtisad məktəbinin direktor müavini, professor Elşad Məmmədov deyib: "TANAP qaz kəmərinin tam istifadəyə verilməsi Azərbaycan iqtisadiyyatının inkişafı baxımından dövlətimizin başçısı tərəfindən reallaşdırılan xarici iqtisadi siyasətin növbəti bir təntənəsi kimi səciyyələndirilə bilər. Çünki, nəzərə almaq lazımdır ki, enerji daşıyıcıları bazarındakı volatillik, gərginlik, o cümlədən enerji daşıyıcılarının idxal vasitələrində də gərginliyə səbəb olur. Heç də təsadüfi deyil ki, bu gün artıq elmi cəhətdən əsaslandırılmış proqnozlara görə, müəyyən müddətdən sonra uzun-uzadı ixrac kəmərlərinin çəkilməsi iqtisadi cəhətdən rentabelliyini itirə bilər. Bu baxımdan Azərbaycanın bu layihəni məhz vaxtında reallaşdırması çox müsbət haldır. Mən Azərbaycanın deyəndə bunu təsadüfi demirəm, çünki bu layihənin həyata keçirilməsində ölkəmizin və dövlətimizin başçısının müstəsna rolu var. Bütün bunlar onu deməyə əsas verir ki, məhz Azərbaycanın bu layihənin vaxtında reallaşdırması milli iqtisadiyyatımızın inkişafı, o cümlədən xarici iqtisadi siyasətimizin dinamikası nöqteyi-nəzərdən dövlətimizin başçısı tərəfindən strateji yanaşmanın düzgün və vaxtında formalaşmasını göstərdi".

"Ona görə də xarici iqtisadi siyasət nöqteyi-nəzərdən hesab edirəm ki, Azərbaycan növbəti uğurunu qazandı və digər tərəfdən unutmayaq ki, bu layihənin reallaşması ölkəmizin makroiqtisadi göstəricilərində də aktiv şəkildə öz əksini tapacaq. Hesablamalarıma görə, illik təxminən 3 milyard ABŞ dolları Azərbaycana daxil olacaq, bu, çox böyük rəqəmdir. Bu rəqəm həm tədiyyə balansında müsbət nəticələrə səbəb olacaq, həm də bütövlükdə daxili valyuta və maliyyə bazarında xeyli dərəcədə müsbət dinamikaya şərait yaradacaq. Hesab edirəm ki, bu maliyyə resurslarının digər tərəfdən də sərmayələr, o cümlədən texnologiyalar nöqteyi-nəzərdən investisiyaların müsbət yüksələn xətt üzrə inkişafına ciddi töhfəsi ola bilər", - deyə E.Məmmədov vurğulayıb.

Avropanın və Avropa İttifaqının enerji daşıyıcıları idxalından asılılığının çox qeyri-sabit olduğunu deyən professor bildirib: "Bu nöqteyi-nəzərdən həm enerji daşıyıcılarının, həm də onların tədarükçülərinin şaxələndirilməsi Avropa üçün son dərəcə önəmlidir. Qaz həcmlərinin artırılması isə Avropa iqtisadiyyatı üçün böyük önəm kəsb edir. Düşünürəm ki, Azərbaycan Avropa iqtisadiyyatının enerji daşıyıcıları idxalı nöqteyi-nəzərdən dayanıqlığının təmin olunmasında mühüm rolu olacaq. Bu da Azərbaycanın bütövlükdə dünya enerji xəritəsində mövqeyinin möhkəmlənməsinə şərait yaradacaq".

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?