7 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Serbiya 2023-cü ildən Azərbaycan təbii qazını almağı planlaşdırır

Serbiya 2023-cü ildən Azərbaycan təbii qazını almağı planlaşdırır

Serbiya Azərbaycan təbii qazını 2023-cü ildə Bolqarıstan vasitəsilə almağı nəzərdə tutur. Bu barədə Serbiyanın Enerji naziri Aleksandr Antik Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməzlə görüşü zamanı deyib. O bildirib ki, Bolqarıstandan keçərək Serbiyanı Cənub Qaz Dəhlizinə birləşdirəcək hissənin 2022-ci ildə tamamlanması gözlənilir. Nazir Cənub Qaz Dəhlizinin Cənub-Şərqi Avropada enerjinin şaxələndirilməsinə töhfə verəcəyini vurğulayıb.

Qeyd edək ki, ötən ilin mayında Serbiya ilə Bolqarıstan iki ölkə arasında qaz xəttinin inşası ilə bağlı saziş imzalayıb. Sənədə əsasən, həmin xəttin inşası 2022-ci ildə başa çatacaq. Cənub Qaz Dəhlizi müxtəlif maraqlı tərəfləri - o cümlədən 7 ölkəni və 11 şirkəti özündə birləşdirən mürəkkəb layihədir. O, ilk dəfə olaraq Azərbaycan təbii qazını Avropa bazarına çatdırmaqla qitənin enerji xəritəsini dəyişəcək.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?