13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın əlverişli biznes və sərmayə mühiti Çin Xarici İnvestisiyalar Sərgisində

Azərbaycanın iqtisadi potensialı, əlverişli biznes və sərmayə mühiti Pekində keçirilən 11-ci Çin Xarici İnvestisiyalar Sərgi-Konfransında təqdim olunub. Çin Milli İnkişaf və İslahatlar Komissiyasının, Çin Xarici İnkişaf Assosiasiyasının (CODA) təşkilatçılığı ilə Pekində keçirilən tədbirdə 100-dən çox ölkənin dövlət və özəl qurumlarının, ictimai təşkilatlarının nümayəndələri iştirak edib. “Bir kəmər, bir yol”un inkişafı üçün əməkdaşlıq devizi ilə keçirilən sərgi-konfrans Çin investisiyalarını cəlb etmək istəyən ölkələr üçün önəmli platformaya çevrilib. Bu ilin 10 ayında Çin şirkətləri 164 ölkəyə ümumilikdə 90 milyard ABŞ dollarından çox qeyri-maliyyə sərmayəsi yatırıb ki, bu da əvvəlki illə müqayisədə 5,9 faiz çoxdur.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı Azərbaycanın iqtisadi inkişafından, müxtəlif sahələrdə qazanılan uğurlardan, iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətindən və inkişaf perspektivlərindən, Azərbaycanın "Bir kəmər, bir yol" strategiyası üçün əhəmiyyəti və bu çərçivədə Çin ilə yeni əməkdaşlıq istiqamətlərindən, habelə ölkəmizin sərmayə mühitindən, tranzit imkanlarından və turizm potensialından danışıb.

Diplomat Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı və dinamik inkişafı barədə məlumat verib. Bildirib ki, son 15 ildə ölkə iqtisadiyyatı 3 dəfədən çox böyüyüb, xarici valyuta ehtiyatları ölkənin xarici borcundan 5 dəfə çoxdur. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun (ÜDM) 17 faizini təşkil edir ki, ölkəmiz bu göstərici üzrə dünyada 9-cu yerdə qərarlaşıb.

Səfir Ə.Zeynallı Azərbaycanda yerli və xarici investorlar üçün yaradılmış əlverişli biznes və sərmayə mühiti sayəsində ötən müddətdə iqtisadiyyata 270 milyard dollar sərmayə qoyulduğunu, bunun sayəsində infrastrukturun yeniləndiyini bildirib. Azərbaycanın iqtisadi inkişafı beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb. Dünya Bankının "Doing Business 2020" hesabatına əsasən, dünyanın 20 ən islahatçı ölkəsindən biri elan olunan Azərbaycan biznes mühiti göstəricisi üzrə isə 25-ci yerdə qərarlaşıb. Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan bütün göstəricilər üzrə 58-ci olub.

Qeyd olunub ki, iri neft-qaz ehtiyatlarına sahib olan Azərbaycan təkcə regionun deyil, eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatında vacib rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP qaz boru kəmərləri irimiqyaslı layihələr olmaqla yanaşı, regional və beynəlxalq əməkdaşlığa da töhfə verir.

Əkrəm Zeynallı ölkəmizin nəqliyyat-tranzit imkanları barədə məlumat verərək, Asiya və Avropa qitələri arasında körpü rolu oynayan Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb və Şimal-Qərb kimi regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısı olduğunu deyib. Azərbaycan Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, onun icrasında özünün əlverişli coğrafi mövqeyi, iqtisadi və nəqliyyat-logistika potensialı ilə vacib rol oynayır. Bu təşəbbüs eyni zamanda iki ölkə arasında tərəfdaşlığın möhkəmləndirilməsinə töhfə verir, müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanları yaradır. Prezident İlham Əliyevin bu ilin aprelində Pekində 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirakı ölkəmizin bu çərçivədə əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyini göstərir.

Diplomat Azərbaycanın son illər formalaşdırdığı nəqliyyat-logistika infrastrukturu barədə məlumat verərək deyib ki, ölkəmizdə 6 beynəlxalq aeroport, böyük yük təyyarəsi parkı, Xəzər dənizində ən iri yük donanması və ən böyük liman olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı fəaliyyət göstərir. Son illər Azərbaycanda dəmir və avtomobil yollarının sürətlə yenilənməsi prosesi gedir. Bildirilib ki, Bakı-Tbilisi-Qars dəmir yolu da daxil olmaqla, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Çin ilə Avropa arasında yüklərin daha qısa müddətə və etibarlı daşınması üçün cəlbedici yoldur. Coğrafi-iqtisadi baxımdan əvəzolunmaz üstünlükləri olan bu dəhliz “Bir kəmər, bir yol”un icrası baxımından böyük əhəmiyyət daşıyır. Artıq bu yol vasitəsilə Çindən Avropaya yüklərin daşınmasına başlanılıb.

Səfir Azərbaycan və Çin arasında iqtisadi əlaqələrdən danışaraq, bu ilin 10 ayında ticarət dövriyyəsinin təxminən 2 dəfə artdığını, Azərbaycanda ticarət, xidmət, sənaye, tikinti, maliyyə, kənd təsərrüfatı və sair sahələrdə 120-dək Çin investisiyalı şirkətin fəaliyyət göstərdiyini deyib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?