23 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bərpaolunan enerjinin inkişafı yeni gəlir mənbələrinin yaranmasına təsir göstərəcək

Azərbaycanda bərpaolunan enerji mənbələrinin inkişafı ölkədə sənayenin, yerli iqtisadiyyatın digər sahələrinin də inkişafına gətirib çıxaracaq. "Report"un məlumatına görə, bu gün Bakıda Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (İRENA) və Alternativ və Bərpa Olunan Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) təşkilatı dəstəyi ilə Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadəyə hazırlıq vəziyyətinin qiymətləndirilməsi üzrə beynəlxalq seminar zamanı ABOEMDA-nın sədr müavini Cəmil Məlikov deyib.

Onun sözlərinə görə, Azərbaycanda artıq bərpaolunan enerji üzrə kiçik miqyaslı elektrik stansiyaları üçün avadanlıqlar istehsal olunur: "Demək olar ki, ölkəmizdə bərpa olunan enerji sahəsində hər bir növ (külək, günəş) stansiya üçün tələb olunan avadanlıqlar istehsal olunur. Bu stansiyaların əsas maya dəyərini təşkil edən tikinti-quraşdırma işlərinin və sair istehsalı ümumilikdə ölkə iqtisadiyyatının inkişafına töhfə verir".

O bildirib ki, bu, ÜDM-nin dəyərinin artmasına, yeni iş yerlərinin açılmasına gətirib çıxarır: "Bərpaolunan enerji mənbələrinin inkişafı Azərbaycanda iqtisadiyyatda yeni zəncirvari sistemin daxilində yeni gəlir mənbələrinin əmələ gəlməsinə təsir göstərəcək. Ölkəmizdə bu istiqamətdə həm sənayenin inkişafına təkan verəcək".

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?