23 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Çin şirkətləri Azərbaycan iqtisadiyyatına 832 milyon dollar investisiya yatırıb

Bakıda Azərbaycan və Çinin Sincan-Uyğur Muxtar Rayonu arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun 3-cü iclası keçirilib. İqtisadiyyat nazirinin müavini, Azərbaycan və Sincan-Uyğur Muxtar Rayonu arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun həmsədri Niyazi Səfərov Azərbaycan-Çin əlaqələrinin inkişaf etdiyini, ölkəmizin Çində ticarət nümayəndəsinin, Lucouda Azərbaycan Ticarət Evinin, Urumçidə və Şanxayda Azərbaycan şərab evlərinin fəaliyyət göstərdiyini qeyd edib. Bildirilib ki, Azərbaycanda bank, sığorta, kənd təsərrüfatı, sənaye, tikinti, ticarət, xidmət sahələrində 120-dək Çin kapitallı şirkət qeydiyyatda keçib. Çin şirkətləri Azərbaycan iqtisadiyyatına 832 milyon dollar investisiya yatırıblar. Nazir müavini ikitərəfli əməkdaşlıqda qarşılıqlı ticarətin əhəmiyyətini vurğulayıb, Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətinin 55 faizinin Azərbaycanın payına düşdüyünü qeyd edib.

Sincan-Uyğur Muxtar Rayonunun Xalq Hökumətinin sədr müavini Çjao Çunzyu ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib, iqtisad-ticarət əməkdaşlığının inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb.

İclasda İşçi Qrupun sonuncu iclasından keçən dövr ərzində görülən işlər və qarşıdakı dövr üçün əməkdaşlığın inkişafı üçün nəzərdə tutulan tədbirlər müzakirə olunub. Tədbir çərçivəsində Azərbaycan və Sincan-Uyğur Muxtar Rayonu arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun 3-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənəd kənd təsərrüfatı, nəqliyyat, ticarət, energetika, səhiyyə, təhsil, turizm, mədəniyyət və s. sahələrdə əməkdaşlığın genişləndirilməsinı ehtiva edir.

Azərbaycana səfər çərçivəsində çinli qonaqlar Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olublar.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?