14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"ASAN Assosiasiya" bu ilin sonuna kimi yaradılacaq

Gələn ayın III ongünlüyündə Azərbaycanda "ASAN Assosiasiya" yaradılacaq. Bu barədə jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədr müavini Ceyhun Salmanov məlumat verib: "İyunda BMT-nin təşkilatçılığı ilə dövlət xidmətlərinə dair beynəlxalq forumu keçirilmişdi. O forumda "ASAN Assosiasiya"nın yaradılması ilə bağlı niyyət protokolu imzalandı. Dekabrın 20-30-u arasında isə həmin assosiasiyanın rəsmi açılışı olacaq. Assosiasiyaya 8 dövlət qoşulacaq. Həmçinin bir neçə dövlət də qoşulmaq üçün təşəbbüslə çıxış edib. Bu dövlətlər arasında Türkiyə, Əfqanıstan, Mərakeş, İndoneziya, BƏƏ, Monteneqro var. Növbəti mərhələdə isə "ASAN Xidmət"in digər ölkələrdə tətbiqi ilə bağlı mexanizm yaradılacaq. 10-dan artıq dövlətlə "Asan Xidmət" modelinin tətbiqi ilə bağlı memorandumumuz var. Onlar bu konsepsiyanı həyata keçirmək istəyirlər. Həmin dövlətlərdə texniki-iqtisadi əsaslandırma ilə bağlı səfərlər etmişik və biz istərdik ki, həmin ölkələrdə maliyyə məsələləri də həll olunsun ki, "Asan Xidmət" modeli sürətlə tətbiq olunsun".

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?