3 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb

Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilir. AZƏRTAC xəbər verir ki, forum çərçivəsində təşkil olunmuş Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının geniş iclasında Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiya İqtisadi İnkişaf Naziri Maksim Oreşkin, Azərbaycan-Rusiya İşgüzar Şurası idarə heyətinin sədri Səməd Qurbanov və Rusiya-Azərbaycan İşgüzar şurasının sədri Aleksey Repik çıxış ediblər.

Bu gün forum işini "Sənaye sahəsində əməkdaşlıq", "Kənd təsərrüfatında qarşılıqlı fəaliyyətin perspetktivləri", "Turizm sahəsində əməkdaşlığın inkişafı", "Humanitar sahədə əməkdaşlıq" mövzularında "dəyirmi masa"larla davam etdirəcək.

İki gün davam edəcək tədbirdə Azərbaycan və Rusiyanın dövlət rəsmiləri, deputatlar, biznes dairələrinin nümayəndələri iştirak edirlər. Noyabrın 23-də forum işini davam etdirəcək, Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində "Azərbaycan" pavilyonunun açılışı olacaq.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ