26 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat naziri Moskvada işgüzar görüşlər keçirib

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Moskva şəhərində Rusiyanın Sənaye və ticarət naziri Denis Manturovla görüşüb. Görüş zamanı vurğulanıb ki, 2019-cu ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 25 faizdən çox artaraq 2,2 milyard ABŞ dolları təşkil edib. Qeyd olunub ki, sənaye sahəsində əməkdaşlığın mühüm istiqamətlərdən biri avtomobil və maşınqayırma sahəsidir. Tərəflər aviasiya sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, əczaçılıq sənayesi və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Mikayıl Cabbarov Moskvada Rusiya Federal Antiinhisar Xidmətinin rəhbəri İqor Artemyevlə də görüşüb. Rusiyada antiinhisar xidmətinin fəaliyyət istiqamətləri və görülən işlər haqqında Azərbaycanın İqtisadiyyat nazirinə ətraflı məlumat verən İ.Artemyev bu sahədə ölkəmizin müvafiq qurumları ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb.

Hər iki görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi, habelə qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılıb. M.Cabbarov Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, biznes-investisiya mühiti, antiinhisar siyasəti sahəsində görülən işlər və s. barədə geniş məlumat verib, Rusiya-Azərbaycan əməkdaşlığının böyük potensialı olduğunu vurğulayıb. Görüşdə qarşılıqlı strateji əməkdaşlığın intensivləşdiriləcəyinə, iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün hər iki dövlətin məsul qurumlarının səylərinin artırılacağına əminlik ifadə edilib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?