12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadi islahatlar mövzusunda qrant müsabiqəsi elan olunub

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (Şura) ilə birgə 2020-ci ildə QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı qrant müsabiqəsini elan edir. Birgə keçirilən qrant müsabiqəsində Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş və sözügedən mövzu üzrə ixtisaslaşmış Qeyri-Hökumət Təşkilatları iştirak etməyə dəvət edilir.

İİTKM və Şura "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası"na uyğun olaraq aşağıdakı mövzular üzrə layihələri qəbul edir:

SN

Müsabiqə mövzusunun adı

Bir layihə üçün maksimum məbləğ

Maliyyələşdirilməsi nəzərdə tutulan layihə sayı

1.

Strateji yol xəritələri ilə bağlı ictimaiyyətin məlumatlandırılmasına dair təşəbbüslər

8.000 (səkkiz min) manatadək

2-dək layihə

2.

Qeyri-neft sektoru üzrə ixracın dəstəklənməsinə dair təşəbbüslər

8.000 (səkkiz min) manatadək

3-dək layihə

3.

Azərbaycanda həyata keçirilən islahatların nəticəsində rəqəmsal iqtisadiyyatın genişləndirilməsinə dair təşəbbüslər

8.000 (səkkiz min) manatadək

3-dək layihə

4.

Azərbaycanda innovativ startapların inkişafının dəstəklənməsinə dair təşəbbüslər

8.000 (səkkiz min) manatadək

2-dək layihə

Müsabiqədə iştirak edən Qeyri-Hökumət Təşkilatı irəli sürdüyü problemin həlli ilə bağlı müvafiq sahələr üzrə zəruri potensiala malik işçi (ekspert) heyətinə malik olmalıdır. Qeyd edək ki, layihələrin müddəti 2 aydan 8 ayadək ola bilər. Müsabiqə fondunun büdcəsi 80.000 (səksən min) manat təşkil edir. Müsabiqədə ümumilikdə 10-dək layihənin maliyyələşdirilməsi nəzərdə tutulur. Bildirmək istərdik ki, 2019-cu il yanvarın 1-dən sonra dövlət qeydiyyatından keçmiş QHT-lər 3.000 (üç min) manatdan artıq olmayan məbləğdə layihə təklifləri ilə müraciət edə bilər.

Müsabiqə üzrə QHT və layihə sənədlərinin qəbulu 20 noyabr 2019-cu ildən elektron qaydada həyata keçirilir. Müsabiqə prosesi 4 mərhələ üzrə aparılır:

  • 1-ci mərhələ - QHT və layihə sənədlərinin qəbulu; Bu mərhələ 20 noyabr–16 dekabr 2019-cu il tarixlərini əhatə edir.

  • 2-ci mərhələ - QHT və layihə sənədlərinin texniki seleksiyası; Bu mərhələ 20 noyabr– 26 dekabr 2019-cu il tarixlərini əhatə edir. Təqdim olunan QHT və layihə sənədləri araşdırılır və layihənin qeydə alınıb-alınmaması barədə QHTyə elektron bildiriş göndərilir.

  • 3-cü mərhələ - Qeydə alınmış layihələrin vətəndaşlar və ekspertlər tərəfindən qiymətləndirilməsi; Bu mərhələ 27 dekabr 2019-cu il - 27 yanvar 2020-ci il tarixlərini əhatə edir. Bu mərhələdə qeydə alınmış layihələr Şuranın e-vətəndaş proqramı vasitəsilə vətəndaşlar və e-ekspertiza proqramı vasitəsilə ekspertlər tərəfindən elektron qaydada qiymətləndirilir.

  • 4-cü mərhələ - Şurada müzakirə və qaliblərin elan edilməsi; Müsabiqənin nəticələri barədə məlumatlar 2020-ci il fevral ayının 10-dan sonra Şuranın rəsmi saytında və digər internet resurslarında yerləşdiriləcək.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?