27 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Yaşıl dəhliz" sistemi biznesin inkişafına, şəffaflığın təmin olunmasına münbit şərait yaradıb

Bu gün Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev BP şirkətinin vergi məsələləri üzrə baş direktoru xanım Yan Lyonsun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Komitədən "vergiler.az"a verilən məlumata görə, S.Mehdiyev BP şirkəti ilə gömrük orqanları arasında əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edib. S.Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatların gömrük sistemində idarəetmənin təkmilləşdirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində uğurların əldə olunmasına şərait yaratdığını vurğulayıb, informasiya texnologiyalarının tətbiqi, risklərin idarə edilməsi, avtomatlaşdırılmış idarəetmə sistemi sahəsində Azərbaycan gömrüyünün artıq nümunəvi təcrübəyə sahib olduğunu diqqətə çatdırıb, islahatların müsbət nəticələri barədə məlumat verərək son iki il ərzində 2 milyard manata yaxın əlavə vəsaitin dövlət büdcəsinə ödənildiyini qeyd edib.

DGK sədri bildirib ki, Azərbaycan Gömrük Xidmətinin son illər əldə etdiyi əsas uğurlardan biri də qaçaqmalçılığa, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədir. Belə ki, son iki ildə ölkədən tranzit keçməklə Avropaya aparılan 2 tona yaxın narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb.

Komitə sədri "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqinin biznesin inkişafına, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə, könüllü riayət mədəniyyətinin formalaşmasına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, şəffaflığın təmin olunmasına, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə, ölkənin ixrac potensialının artırılmasına münbit şərait yaratdığını qeyd edib. Qeyd edilib ki, cari ilin fevral ayının 1-dən etibarən tətbiq edilən "Yaşıl dəhliz" buraxılış sisteminin idxal-ixrac əməliyyatlarında payı yüksəkdir.

Y.Lyons BP şirkətinin DGK ilə birbaşa qurulan əlaqələrindən bəhs edib, qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirib. Şirkətin həyata keçirdiyi irimiqyaslı layihələrin icrasında gömrük orqanlarının müstəsna roluna toxunan baş direktor Azərbaycanın gömrük xidmətindəki yenilikləri, aparılan islahatları və şəffaflığı yüksək qiymətləndirib.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?