Dəniz nəqliyyatı ilə yük daşımalarının həcmi artıb
Cari ilin 10 ayında dəniz nəqliyyatı ilə ümumilikdə 1 milyon 259 min 993 ton yük daşınıb ki, bu yüklərin dəyəri 762 milyon 275 min ABŞ dollarıdır.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu dövrdə dəniz nəqliyyatı ilə ixrac olunan 280 min 814 ton yükün dəyəri 125 milyon 553 min dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 979 min 178 ton, dəyəri isə 636 milyon 721 min dollar olub.