12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda istehsal olunan avtomobillərin sayı və çeşidi artır

Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən avtomobil istehsalçısı ("Azərmaş" ASC – red.) tərəfindən daxili bazarda müxtəlif modellərə olan tələbat araşdırılır ki, istehsal prosesi ona uyğun qurulsun. "APA -Economics"in məlumatına görə, sənaye məhəlləsində fəaliyyət göstərən istehsalçı tərəfindən bu günədək artıq 3 minə yaxın "Peugeot" avtomobili yığılıb: "Bu proses genişlənir və mütəmadi olaraq model növləri yenilənəcək. Paralel olaraq, avtomobil ixracı ilə bağlı xarici bazarlar da araşdırılır. Onların sırasında Rusiya, Ukrayna və Gürcüstan bazarlarını qeyd etmək olar".

Qeyd edək ki, hazırda "Azərmaş" zavodunda "Peugeot Khazar" modeli istehsal edilir. Gələcəkdə isə müəssisə tərəfindən "Peugeot-301", "Peugeot-206" və "Peugeot-207" modellərinin də istehsalı nəzərdə tutulub. Ümumilikdə, şirkət tərəfindən gələcəkdə "Peugeot"un 9 modelinin istehsalı nəzərdə tutulub. Layihə "Iran Khodro Industrial Group" şirkəti ilə müştərək olaraq icra olunur.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?