7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə Vergi Məcəlləsinə dəyişiklikləri zəruri edir

Prezident İlham Əliyevin apardığı iqtisadi islahatlarla əlaqədar olaraq, ölkədə şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi Vergi Məcəlləsində də bir sıra dəyişikliklərin edilməsini zəruri edir. Bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. Onun sözlərinə görə, 2001-ci ildə qəbul edilmiş Vergi Məcəlləsi Azərbaycanda yeni iqtisadi sistemin formalaşmasına, ölkəyə maliyyə resurslarının cəlb edilməsinə öz müsbət təsirini göstərib: "Dünyada qlobal risklərin artdığı bir şəraitdə sahibkarlığın və iqtisadi inkişafın keyfiyyətinin yüksəldilməsi Vergi Məcəlləsində də bir sıra dəyişiklikləri zəruri edib. Vergi Məcəlləsində edilən növbəti dəyişikliklər mahiyyətinə və əhatə dairəsinə görə şübhəsiz ki, Azərbaycan tarixində mühüm dəyişiklik kimi qeyd edilə bilər".

O bildirib ki, Vergi Məcəlləsinə 162 dəyişiklik nəzərdə tutulub. Onlardan 73-ü ayrı-ayrı maddələrin dəyişməsi ilə əlaqədar, 89 ədədi isə texniki dəyişiklikdir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?