14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri turizm və investisiyaların cəlbi sahələrində əməkdaşlığı genişləndirə bilər

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında turizm və BƏƏ tərəfindən investisiyaların cəlb edilməsi sahələrində əməkdaşlığın genişləndirilməsi üçün gözəl fürsət yaranıb. Bu sözləri noyabrın 13-də jurnalistlərə müsahibəsində Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Sultan bin Səid əl-Mansuri deyib: "Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın VII iclasında əsas diqqəti nəqliyyat, bərpaolunan enerji və ölkələrimiz arasında yükdaşımalar sahələrinə yönəltdik. Bu günkü iclasda Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovla BƏƏ-yə, eyni zamanda, Körfəz ölkələrinə Azərbaycanın kənd təsərrüfatı məhsullarının daşınması barədə müzakirələr apardıq və bu məhsulların Birləşmiş Ərəb Əmirliklərinə satılması yollarını ətraflı müzakirə etdik. İki ölkə arasındakı mübadilə 265 milyon ABŞ dolları deyil, daha yüksək rəqəmə çatmalıdır. Əlbəttə, əməkdaşlığımızın növbəti mərhələsi çox mühüm olacaq. Biz hər iki tərəfdən peşəkar komanda yaratmışıq. Hər iki tərəfin komandası yaxın 6 ay ərzində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməlidir".

Nazir, həmçinin 2020-ci ildə BƏƏ-də keçiriləcək "Expo" sərgisində Azərbaycanın iştirakı məsələsini müzakirə etdiklərini də deyib. Bildirib ki, iki ölkə arasında mühüm məsələlərdən biri də bərpaolunan enerji sahəsinin müzakirəsi idi ki, növbəti mərhələdə ölkələr arasında bir sıra mühüm layihələrin həyata keçirilməsi gözlənilir.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?