18 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Azəralüminium" məhsullarını Türkiyə, ABŞ, Rusiya və Yunanıstana ixrac edir

"Azərbaycan Sənaye Korporasiyası"nın törəmə müəssisələrindən olan "Azəralüminium" MMC-nin gəlirləri ötən ilin yekunu ilə müqayisədə 8 dəfəyə yaxın artıb. ASC-nin baş direktoru Kamran Nəbizadənin sözlərinə görə, 2018-ci ildə müəssisənin illik gəliri 19,6 milyon manat olub. Bu ilin 9 ayında isə artıq MMC 156,7 milyon manat gəlir əldə edib. İllik istehsal gücü 54 min ton olan müəssisənin buraxdığı alüminium məhsullarının 94,7 faizi Türkiyəyə, ABŞ-a, Rusiyaya, Yunanıstana və digər ölkələrə ixrac olunur. Nizamnamə kapitalı 282,2 milyon manat olan "Azəralüminium"da hazırda 1.098 nəfər çalışır və orta aylıq əməkhaqqı 679,37 manatdır.

K.Nəbizadə qeyd edib ki, ölkənin təbii resurslarının optimal istifadə olunması, rəqabət qabiliyyətinin artırılması, alüminium sənayesinin yerli xammalla təchiz edilməsi və alunit yataqlarının işlənməsi məqsədilə "Azərbaycan Sənaye Korporasiyası" ASC bu yaxınlarda beynəlxalq tender elan edib. Tender üzrə əsas şərtlər toplusunun hazırlanması, təkliflərə baxılması, onların qiymətləndirilməsi və müqayisəsi məqsədilə "Azərbaycan Sənaye Korporasiyası" ASC-də Ekspertlər Şurası da yaradılıb.

VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir?