8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rəqəmsal ödənişlərin genişlənməsi "kölgə iqtisadiyyatı"nın əhatəsini daraldır

Azərbaycan Banklar Assosiasiyasının, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə təşkilatçılığı ilə dayanıqlı bankçılığa həsr olunmuş IV Beynəlxalq Bankçılıq Forumunda açılış nitqi ilə çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, ölkədə nağdsız cəmiyyətin qurulması istiqamətində icrası nəzərdə tutulan tədbirlər kompleks xarakter daşıyır: "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi", "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi", "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" və digər dövlət proqram və sənədlərində nəzərdə tutulub. Bu tədbirlər vergi sisteminin optimallaşdırılması, zəruri infrastrukturun qurulması, maliyyə savadlılığının artırılması kimi tədbirlərdən başlamış, icbari tibbi sığortanın tətbiqi dairəsinin genişləndirilməsi kimi geniş spektrli sahələri əhatə edir. Nağdsız cəmiyyətin qurulması istiqamətində görülmüş tədbirlərə örnək olaraq özəl sektorda çalışan işçilərin əməkhaqqından tutulan gəlir vergisi üzrə vergi yükünün azaldılması, sadələşdirilmiş verginin dərəcəsinin 4 faizdən 2 faizədək endirilməsi, mikro sahibkarlıq subyekti olan şəxslərin gəlirlərinin (mənfəətinin) 75 faizinin gəlir (mənfəət) vergisindən azad edilməsi, qanunvericiliklə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan kiçik sahibkarlıq subyektlərinin ödədikləri dividendlərin vergilərdən azad edilməsi, mühasibat uçotunun elektron formada aparılmasının stimullaşdırılması, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən verginin 7 il müddətinə güzəştli şərtlərlə tutulması üçün qanuna dəyişiklikləri, "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun layihələrinin hazırlanmasını qeyd edə bilərik. Bu gün ölkədə hər 10 min nəfərə təqribən 7 min 200 ödəniş kartı, 2,5 bankomat, 65 POS-terminal düşür, pensiyalar, təqaüdlər, sosial müavinətlər, büdcə təşkilatlarında və özəl sektorda fəaliyyət göstərən müəssisələrdə əmək haqları kart vasitəsilə verilir".

V.Qasımlı əlavə edib ki, görülən tədbirlər nəticəsində iqtisadi dövriyyənin şəffaflaşmasına, "kölgə iqtisadiyyatı"nın məhdudlaşdırılmasına, vergi bazasının genişlənməsinə, əhalinin və müəssisələrin maliyyə xidmətlərinə çıxış imkanlarının artmasına, bank sektorunun investisiya imkanlarının artırılmasına nail olunacaqdır. Strateji yol xəritələrində rəqəmsallaşmanın birbaşa və dolayı iqtisadi təsirləri hesablanıb.

V.Qasımlı vurğulayıb ki, rəqəmsal ödənişlərin geniş tətbiqi ölkədə "kölgə iqtisadiyyatı"nın həcmini əhəmiyyətli dərəcədə azaltmaqla, ödəmələrin uçotunun aparılmasına, iqtisadiyyatda yaranan əlavə dəyərin tam şəkildə rəsmiləşdirilməsinə və vergi daxilolmalarının artmasına zəmin yaradıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?