11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bəzi banklar dövlət ipoteka kreditləri üzrə ayrılmış limitdən istifadə etməyib

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən adi ipoteka kreditləri üzrə 2018-ci ildə 24 müvəkkil bank üzrə 247 mln. manat məbləğində limit müəyyən edilsə də, 193.965,96 min manat (78,53%) məbləğində, o cümlədən 9 bank üzrə 4-69 faiz, 7 bank üzrə 70-81 faiz, 8 bank üzrə isə 82-99 faiz icra olunub. "APA-Economics"in məlumatına görə, bu, Hesablama Palatasının İpoteka və Kredit Zəmanət Fondunun 2018-ci il üzrə fəaliyyətinə dair apardığı audit zamanı üzə çıxıb.

Auditlə əhatə olunan dövr üzrə güzəştli ipoteka kreditlərinin verilməsi üçün 23 müvəkkil bank üzrə 80 mln. manat məbləğində limitin ayrılması təsdiq edilsə də, icra 66.813,4 min manat (83,52%) təşkil edib.

Fond tərəfindən 2018-ci ildə ipoteka kreditlərinə zəmanətlərin verilməsi üzrə limit 21 müvəkkil bank üzrə 171.342,5 min manat məbləğində təsdiq edilsə də, il ərzində limit çərçivəsində verilmiş razılıq 772,7 min manat məbləğində (0,45%) olub.

Sənəddə qeyd edilib ki, Fondun istiqrazları üzrə Milli Depozit Mərkəzinə 2018-ci il ərzində 502,5 min manat məbləğində, o cümlədən xidmət haqqının 125,2 min manatı nominalı müddət sonu ödənən istiqrazlar, 377,3 min manatı isə ipoteka istiqrazları üçün ödənilib. Lakin ipoteka istiqrazları üzrə xidmət haqqı dövriyyədə olan istiqrazların məbləğinə uyğun hesablamalar aparılarsa, ödəniləsi məbləğ 336 min manat, yəni 41,3 min manat az təşkil edərdi.

Adi ipoteka kreditləri üzrə müvəkkil banklara ayrılmış limitlər və onun icrası:

Müvəkkil banklar

Yekun, AZN

2018-ci ilin limiti

çərçivəsində verilmiş

kreditlər, AZN

Limitdən istifadə

(%)

Nikoil Bank

20.000.000

19.899.128

99,50

Bank Respublika

10.000.000

8.033.448

80,33

Xalq Bank

10.000.000

4.594.377

45,94

AGBank

5.000.000

1.645.741

32,91

PASHA Bank

10.000.000

7.058.742

70,59

Bank Avrasiya

12.000.000

9.213.412

76,78

Kapital Bank

10.000.000

6.236.699

62,37

Unibank

5.000.000

3.380.737

67,61

Turanbank

8.000.000

5.506.591

68,83

AFB Bank

4.000.000

2.986.527

74,66

Premium Bank

2.000 000

1.508.775

75,44

Bank BTB

14.000.000

11.772.976

84,09

NBCBank

36.000.000

33.262.079

92,32

Expressbank

10.000.000

9.450.454

94,50

YapıKredi Bank Azərbaycan

2.000.000

954.580

47,73

Azər-Türk Bank

10.000.000

7.819.996

78,20

Rabitəbank

22.000.000

20.653.541

93,88

Bank VTB (Azərbaycan)

7.000.000

5.743.131

82,04

Günay Bank

8.000.000

6.822.908

85,29

AtaBank

2.000.000

779.959

39,00

Azərbaycan Beynəlxalq Bankı

20.000.000

15.922.102

79,61

Muğanbank

10.000.000

9.691.412

96,91

Amrahbank

5.000.000

820.647

16,41

Azərbaycan Sənaye Bankı

5.000.000

208.000

4,16

CƏMİ

247.000 000

193.965.964

78,53

Güzəştli ipoteka kreditləri üzrə müvəkkil banklara ayrılmış limitlər və onun icrası:

Müvəkkil banklar

Yekun, AZN

2018-ci ilin limiti

çərçivəsində verilmiş

kreditlər, AZN

Limitdən istifadə

(%)

Bank Respublika

500.000

471.260

94,25

Xalq Bankı

5.000.000

4 049 781

81,00

AGBank

2.000.000

59.380

2,97

PASHA Bank

5.000.000

2.417.651

60,44

Bank Avrasiya

1.500.000

1.471.563

98,10

Kapital Bank

5.500.000

5.037.434

91,59

Unibank

1.500.000

1.490.558

99,37

Turanbank

3.000.000

2.117.196

70,57

AFB Bank

1.000.000

949.322

94,93

Bank BTB

1.500.000

1.362.284

90,82

NBCBank

9.000.000

8.724.202

96,94

Expressbank

1.500.000

1.221.022

81,40

YapıKredi Bank Azərbaycan

1.000.000

695.273

69,53

Azər-Türk Bank

11.500.000

11.402.509

99,15

Rabitəbank

3.000.000

2.468.371

82,28

Bank VTB (Azərbaycan)

1.000.000

920.923

92,09

Günay Bank

9.000.000

8.782.302

97,58

AtaBank

500.000

464.368

92,87

Azərbaycan Beynəlxalq Bankı

3.000.000

2.450.323

81,68

Muğanbank

8.000.000

7.411.441

92,64

Amrahbank

5.000.000

2 846 186

56,92

CƏMİ

78.000.000

66.813.351

85,66

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?