16 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda sahibkarlar üçün münbit mühit formalaşdırılır

Dünya Bankı tərəfindən dünya ölkələrinin iqtisadiyyat, xüsusilə də biznes və investisiya mühitlərinin hərtərəfli təhlil olunduğu "Doing Business 2020" hesabatında "Biznesə başlama" indikatoru üzrə Azərbaycan 190 ölkə arasında 9-cu yerdədir.

Xatırladaq ki, bundan əvvəl "Doing Business 2019" hesabatında da Azərbaycan eyni indikator üzrə 9-cu yerdə idi. Lakin həmin hesabatda göstərilirdi ki, Azərbaycanda "Biznesə başlama" indikatoru üzrə 3 prosedurdan keçmək, 3,5 gün və 18 manat sərf etmək lazım gəlir. Son hesabatda da göstərildiyi kimi, Azərbaycanda 2019-cu ildə həyata keçirilmiş islahatlar nəticəsində biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib. Artıq hüquqi şəxslər cəmi bir prosedurla onlayn dövlət qeydiyyatına alınır. Qeydiyyat üçün elektron ərizənin elektron imza ilə təsdiq edilməsi zərurəti də aradan qaldırılıb, qeydiyyatla bağlı əvvəllər mövcud olan bütün prosedurlar ləğv olunub. İndi hüquqi şəxslər cəmi bir prosedurdan keçməklə 20 dəqiqiqə ərzində qeydiyyata alınırlar.

Bu fakta münasibət bildirən iqtisadçı ekspert Fikrət Yusifov hesab edir ki, ölkədə həyata keçirilən islahatlar dərinləşdikcə beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyi daha da yaxşılaşacaq: "Lakin iş tək bununla bitmir. Prezidenti İlham Əliyev oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə ölkəyə qoyulan xarici sərmayələrin azlığı ilə bağlı narazılığını bildirdi. Ona görə də xarici kapitalın ölkəyə gətirilməsi üçün ciddi işlər görülməli, problemlər həll edilməlidir. Düzdür, bu gün biznesə başlama prosedurları çox sadələşdirilib, sahibkarların rahatlığı üçün nə lazımdırsa, təmin olunub, amma digər sahələrdə də oxşar islahatlar aparılmalıdır. "Biznesə başlama" indikatoru üzrə dünyada 9-cu yerdə olan ölkəyə daha çox xarici investisiya gəlməlidir. Bu baş vermirsə, deməli, başqa sahələrdə hansısa problemlər var və onlar həll edilməlidir. Bu gün dünyada çox böyük, dəyəri trilyonlarla ölçülən sərbəst kapital münbit, təhlükəsiz, zəmanətli təyinat yerini axtarır ki, öz sahibinə daha çox mənfəət gətirsin".

Qeyd edilib ki, Prezident İlham Əliyevin "kölgə iqtisadiyyatı"na, inhisarçılığa, korrupsiyaya qarşı mübarizə, rəqabət mühitinin sağlamlaşdırılması istiqamətində atdığı qətiyyətli addımlar sahibkarlar üçün tam şəffaf, münbit mühitin formalaşdırılmasına hesablanıb.

Səbuhi TURAN

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?