1 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda bəzi banklar depozit faizlərini endirib

2019-cu ilin oktyabr ayında Azərbaycanda fəaliyyət göstərən 4 bankda milli və xarici valyutada əhalidən cəlb edilən əmanətlər üzrə faiz dərəcələrinə yenidən baxılıb.

"Report"un araşdırmasına görə, manatla qəbul olunan depozitlərin faiz dərəcələri "Bank Respublika"da 8,50-9,00 faizdən 8,00-8,50 faizə, "Expressbank"da 8,50-9,00 faizdən 8,00-8,50 faizə, "Yapı Kredi Bank"da 6,00 faizdən 5,50 faizə salınıb. Sonuncu həm də avro əmanətləri üzrə faiz dərəcəsini 0,25 faizdən 0,10 faizə endirib.

Dollarla cəlb edilən əmanətlər üzrə faiz dərəcələri "Bank Respublika"da 1,00-1,50 faizdən 0,80-1,00 faizə, "Unibank"da 1,00-1,50 faizdən 0,80-1,20 faizə, "Expressbank"da 1,00-1,50 faizdən 0,50-1,00 faizə salınıb.

Bütövlükdə banklar milli valyutada olan əmanətləri 4,00-12,50 faiz diapazonunda qəbul edir. Ən yüksək faizi "NBC Bank", ən aşağı – "Naxçıvan Bank" təklif edir. Banklar dollar əmanətlərini 0,25-3,00 faizlə cəlb edirlər. Bu valyutada olan əmanətlər üzrə ən yüksək faiz dərəcəsi "Bank BTB", "NBC Bank" və "Nikoil Bank"dadır. Avro əmanətləri üzrə faiz dərəcələri 0,10-3,00 faiz civarında dəyişir. Ən yüksək faiz dərəcəsini "NBC Bank" təklif edir.

Məlumatların toplanmasında əsas kriteriya kimi əmanətlərin 1 il müddətinə qəbul edilməsi, məbləğə olan minimal tələbin yuxarı həddinin 1.000 manatı aşmaması götürülüb. Bu baxımdan, araşdırmaya "Paşa Bank" (minimum məbləğ 20.000 AZN), "Premium Bank" (20.000 AZN) və "Melli İran Bankı"nın Bakı fillialı (5.000 AZN) daxil edilməyib. "Pakistan Milli Bankı"nın Bakı filialının depozit qəbul etməsi haqda isə heç bir məlumat yoxdur.

Daha ətraflı məlumat aşağıdakı infoqrafikada təqdim olunub:

Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu?