16 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu il "Azexport" portalına sifarişlərin dəyəri 400 milyon dolları keçib

Bu ilin yanvar-sentyabr aylarında "Azexport" portalına 436,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz çoxdur. Doqquz ay ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (11,2%), Türkiyə (5,8%), Hindistan (5,7%), ABŞ (5,6%) və İngiltərə (5,1%) qərarlaşıb.

Sentyabr ayında portal 37,1 milyon dollarlıq sifariş qəbul edib. Ən çox ixrac sifarişi tütün, toyuq əti və yumurtası, fındıq ləpəsi, pambıq yağı, şərab, nar, soğan, kosmetik vasitə, tibbi tənzif, mebel dəsti, boya, qənnadı məhsulu, mineral su, sarımsaq, meyvə konsentratı, təzə meyvə, mürəbbə, tikinti materialı, süd məhsulları, zəli və s. mallara daxil olub.

Ümumilikdə portalın istifadəyə verildiyi 2017-ci ilin yanvar ayından bəri 33 ay ərzində Azexport.az portalına dünyanın 136 ölkəsindən 1.425,5 milyon dollar dəyərində ixrac sifarişləri gəlib.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?