6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Zahid Məmmədov: "İnsanlar gələcəkləri üçün təminat, yaxşı pensiya almaq istəyirlərsə, "ikili mühasibat"a yox deməlidir"

Prezident İlham Əliyev hökumət üzvlərinin iştirakı ilə keçirilən son müşavirədə bir sıra şirkətlərin vergiləri tam ödəmədikləri, ikili mühasibat aparmaqları, bəzi şirkətlərdə işləyənlərin qeydiyyata alınmadığı barədə fikirlər səsləndirib, bu halların aradan qaldırılmasının zəruriliyini vuruğlayıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov hesab edir ki, "ikili mühasibatın" aradan qaldırılması yalnız inzibati üsullarla aparılmamalı, iqtisadiyyatın şəffaflaşması prosesində hər bir vətəndaş fəal iştirak etməlidir: "Danimarkada maraqlı bir təcrübə qeydə alınıb. Kiçik bir uşaq aldığı çörəyə görə mağazadan çek tələb edib. Ondan bunun səbəbini soruşublar. Uşaq deyib ki, mənim evimdə nənəm, babam var. Onların pensiya təminatında mən də iştirak etməliyəm".

Z.Məmmədovun fikrincə, ölkə iqtisadiyyatının şəffaflaşması prosesi təkcə İqtisadiyyat Nazirliyinin vəzifəsi deyil, iqtisadi dəyər zəncirinin bütün iştirakçıları, ictimaiyyət bu prosesə dəstək verməlidir: "Şəffaflığın təmin olunmasında insanlar, alıcılar, satıcılar, sahibkarlar, bir sözlə, hər kəs fəallıq göstərməlidir. Əgər biz sosial layihələrin reallaşmasını, pensiya islahatlarının aparılmasını, ordumuzun gücləndirilməsini, məcburi köçkünlərin sosial problemlərinin həllini, müstəqilliyimizin təminatını istəyiriksə, ictimai nəzarətin vacib şərt olduğunu unutmamalıyıq. İnsanlar gələcəkləri üçün sosial təminat əldə etmək, yaxşı pensiya almaq istəyirlərsə, "ikili mühasibat"a "yox" deməli, bundan kənar olmalıdırlar. Azərbaycan vətəndaşı təhsil, səhiyyə kimi keyfiyyətli dövlət xidmətlərindən istifadə üçün "kölgə iqtisadiyyatı"na qarşı mübarizədə fəal iştirak etməlidir. Bütünlüklə cəmiyyət Azərbaycan iqtisadiyyatının şəffaflaşmasında İqtisadiyyat Nazirliyinə dəstək olmalıdır".

Z.Məmmədov hesab edir ki, şəffaflaşmanın təmin olunması üçün "ikili mühasibata" qarşı mübarizədə maariflənməni daha da gücləndirmək lazımdır. Bunun üçün xüsusi televiziya proqramları, regionlarda maariflənmə sessiyaları keçirilməlidir: "Azərbaycan Dövlət İqtisad Universiteti olaraq bu maariflənmə prosesinin təşkilinə öz töhfəmizi verə bilərik. Əldə edilən xüsusi biliklərdən insanların maarifləndirilməsi üçün istifadə etmək lazımdır. Çünki çox adam bilmir ki, məsələn, sahibkar kassa çeki təqdim etməməklə onları aldadır. Bu baxımdan bir çox problemlər insanların məlumatsızlığından doğur".

İşləyən vətəndaşların öz əmək müqavilələrini tələb etməli olduğunu deyən Z.Məmmədov bu istiqamətdə dövlət strukturlarının birgə fəaliyyətinin müsbət nəticələr verəcəyini vurğulayıb: "Prezident İlham Əliyev xüsusi qeyd etdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək müqavilələrinin reallaşdırılması istiqamətində böyük işlər görür, bu sahədə islahatlar aparılır. İnanırıq ki, həmin qurum İqtisadiyyat Nazirliyi ilə birgə çalışaraq bu sahədə ciddi dönüş yaradacaq. Çünki artıq zəruri koordinasiya gücləndirilib".

Fərqanə ALLAHVERDİQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?